RU

KİV: İranda İsrailin ən mühüm casuslarından biri edam edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda İsrailin ölkədəki ən mühüm casuslarından biri olan Bəhmən Çubi-Asl adlı şəxs edam edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" "Mizan" məhkəmə nəşrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İran İsrailin "Mossad" kəşfiyyat agentliyi ilə əlaqədə olmaqda və onun ölkədəki əməliyyatlarına kömək etməkdə ittiham olunan bir çox şəxsi edam edib.
Məlumata görə, "Mossad"ın müttəhimi əməkdaşlığa cəlb etməkdə əsas məqsədi hökumət məlumat bazalarını ələ keçirmək və İran məlumat mərkəzlərinin işini pozmaq, eyni zamanda, digər ikinci dərəcəli məqsədlərə çatmaq, o cümlədən elektron avadanlıqların idxal marşrutunu araşdırmaq olub.
Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, lakin İranın Ali Məhkəməsi onu rədd edərək, "rüşvətxorluq" ittihamı ilə onun ölüm hökmünü təsdiqləyib.
Избранный
6
oxu.az

1Источники