RU

Hökumət, bazar və cəmiyyət "yaşıl keçid"i sürətləndirə bilər - Nazir müavini

Bakı. Trend:

Hökumət, bazar və cəmiyyət "yaşıl keçid"i irəlilədə bilər.

Trend xəbərverir ki, bunu Azərbaycanın energetika nazirinin müavini ElnurSoltanov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O qeyd edib ki, insan iqlim məsələləri ilə uzun müddət məşğulolduqda, bu sahədə müəyyən təcrübə qazanır:

"Sürətlə irəliləmək üçün bir neçə məqamı qeyd etmək istəyirəm.Birincisi, geosiyasət önəmlidir, çünki bu proses interhökumətlidir.Lakin geosiyasətlə bağlı çox mürəkkəb mexanizmlər var. Ümumiyyətlə,burada cəmiyyətin, xüsusən də gənclərin, övladlarımızın göstərdiyitəzyiq mühüm rol oynayır və bu, bütün dünyaya aiddir.

Dövlətlərin öz milli maraqlarını güddüyü bir dünyada, məsələəsasən onların rəqabət üstünlüyünü necə irəlilətməsindən asılıdır.Hamımız qlobala necə qayğı göstərdiyimizi danışa bilərik, ammadövlətlərin təbiətinə görə, bu məsələnin müəyyən dərəcədə millimaraqlarla üst-üstə düşməsi vacibdir. Biz şanslıyıq ki, bir çoxhallarda yaşıl keçid prosesini irəlilətmək bir çox ölkənin millimaraqlarına xidmət edir, xüsusən texnoloji innovasiya vəiqtisadiyyata töhfəsi baxımından".

Nazir müavini vurğulayıb ki, bəzi ölkələr üçün isə, məsələenerji təhlükəsizliyi və özünəqabiliyyətlilikdir:

"Şəxsi söhbətlərdə onlar etiraf edirlər ki, bütün bu böyükinsanlıq missiyaları bir yana, məsələnin milli maraqlarla üst-üstədüşməsi onların üçün məntiqlidir. Mənim üçün bu üst-üstə düşməkifayət qədər böyükdür və prosesin irəlilədiyinə əmin olmaq üçünyetərlidir.

İkincisi, heç bir hökumət, heç bir hökumətlər birliyi bu prosesilazımi sürətlə irəlilədə bilməz. Sürət, yəni 2050-ci il üçün"net-zero" və 1,5°C istiqamətli net-zero hədəflərinə çatmaqdır. Bubaxımdan hökumətin əsas rolu özəl sektoru aktivləşdirməkdir. Başqayol yoxdur. Bazar qüvvələri sərhəd tanımır. Yəni bazar qüvvələridaxil olmadan həll yolu yoxdur".

E. Soltanovun sözlərinə görə, hökumət və fondların əsas vəzifəsiprosesi sürətləndirmək, lazım gəlsə əlavə resurs xərcləməkdir ki,bazar qüvvələri işə düşsün və irəliləsin:

"Bazar qüvvələrinin iştirakının vacibliyi ondadır ki, bəzi yaşıltexnologiyalar bazar tərəfindən həyata keçirilə bilər, ammabəziləri hələ çox bahalıdır və bazar aktorları onlara daxilolmur.

Üçüncüsü isə, cəmiyyətin qüvvəsidir. İnsanların gözündəkihəvəsi, məsələyə olan səmimi münasibəti, məsələn, Nyu-York vəBerlində gördüyümüz kimi, böyük rol oynayır. İnsanların bu həvəsivə yaradıcılığı çox güclüdür. Uşaqları öyrətmək, maarifləndirməkçox önəmlidir, çünki uşaqlar valideynlərinə göstərdikləri təzyiqikiçik görmək olmaz. Bu, özlüyündə ayrıca bir gücdür".

Məqalədə:
Избранный
31
1
az.trend.az

2Источники