RU

"Qarabağ" - "Kopenhagen" matçını türk hakim idarə edəcək

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki,  qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi türk əsilli Serdar Gözübüyük olacaq. Ona yan xətdə Ervin Zeynstra ilə Patrik İnya kömək edəəcək. Dördüncü hakim funksiyasını isə Yannik Van Der Laan yerinə yetirəcək.

VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.

Избранный
15
2
teleqraf.com

10Источники