ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Bu gün şou-biznesdə böyük bir virus var. Onu təmizləmək mümkün deyil. Ümidimizi çoxdan üzmüşük. Artıq şou-biznes o deyil. 2000-ci illərdə var idi: Yaxşı bəstələr, ifalar, kliplər, konsertlər. O vaxtın tamaşaçıları da başqa idi, daha zövqlü idilər. İndi tamaşaçıların bəziləri qaçır ucuzluğa. Bu, virusdur və sağalmazdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Rəngarəng" verilişində deyib. O, bayağı ifaçıları "virus" adlandırıb.
"Biz gedən məclislərdə viruslar olmur. Demirik və ya tələb etmirik ki, onlar gəlməsinlər. Məclis sahibinə heç vaxt şərt qoymaq olmaz. O deyəcək ki, sənə də, ona da pul verirəm. Onları toyda görmürük, çünki dəvət almırlar. Elə məclislərin sahibləri özləri də, zövqləri də, çağırdıqları sənətçilər də bahalıdır. Yəni, özlərinə uyğununu dəvət edirlər.
Amma hərdən olur... Çox zadəgan məclis idi. Proqramda Aygün Kazımova Namiq Qaraçuxurlu, Eyyub Yaqubov və mən var idim. Birdən kimsə səhnədə göründü. Biz də, qonaqlar da məəttəl qaldıq ki, "axı onun yeri deyil". Məlum oldu ki, kimsə haradansa gəlib və ev yiyəsinə "jest" edir. Gör, kimi "jest" edir. Tortun üstündəki "milçək". Artıq zadəganlığa virus düşdü. Bəli, bayağı müğənnilər "virus"dur. Hamı pul qazana bilər. Amma hər şeyi pula satmayaq. Axı hər şey pul deyil. Onlarla bir insan kimi görüşürük, amma deyirik də ki, 10 mahnından ikisini yaxşı elə. Zatən o pulu qazanacaqsan, 2 mahnını retro oxu ki, əlində pasportun olsun, deyəsən, bu da var repertuarımda" deyə, Nadir əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.