UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçirələcək "Qarabağ" - "Kopenhagen" oyununun hakim təyinatları açıqlanıb.
Missiya.Az xəbər verir ki, qarşılaşmanı əslən türk olan niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.
Ona yan xətt hakimləri Ervin Zeinstra ilə Patrik İnia kömək edəcək, dördüncü hakim isə Yannik Van Der Laan olacaq.
VAR hakimi Rob Dyeperin, AVAR-da isə Yerun Manşot təyinat alıblar.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək. Görüş saat 20:45-də start götürəcək.