III MDB Oyunları çərçivəsində ölkəmizin bir neçə şəhərində keçirilən yarışlarda yol təhlükəsizliyi diqqət mərkəzindədir.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyi yol polisi əməkdaşlarını gücləndirilmiş iş rejimində xidmətə çıxarıb.
Yarış zonalarına giriş-çıxışların tənzimlənməsi, nəqliyyat axınının maneəsiz təmin olunması və mümkün sıxlıqların qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Sürücülərdən və digər yol iştirakçılarından yol nişanlarına və qaydalara ciddi riayət etmələri xahiş olunur.
DOĞRU.AZ