RU

Sumqayıtda yanan marşrut avtobusu söndürüldü - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
 
Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
 
Xəsarət alan yoxdur.
 
12:16
 
Sumqayıt şəhərində marşrut avtobusu yanır.
 
Şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın başlayıb.
 
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.
 
Əlavə məlumat veriləcək. /Qafqazinfo.az/
Избранный
10
5
moderator.az

10Источники