RU

Məsləhətə ehtiyacımız yoxdur! Kiyevdən sərt reaksiya

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Ukraynanın ərazi məsələləri və suverenliklə bağlı Macarıstandan məsləhət almağa ehtiyacı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi deyib.

O, Budapeştin bəzi əraziləri sülhlə mübadilə etmək təklifinə belə cavab verib:

“Macarıstan istəsə öz torpağını və ya suverenliyi ilə bağlı alver edə bilər. Ukrayna istəmir və onun məsləhəti qəbul edilmir”.

Qeyd edək ki, bundan əvvəl Macarıstan Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin dövlət katibi Levente Magyar Ukraynanı öz ərazilərindən imtina etməyə çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
globalinfo.az

2Источники