RU

“White Hill Capital”: Azərbaycan startaplarına xarici bazara çıxmağa kömək göstərəcəyik

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

“White Hill Capital” vençur fondu Azərbaycanda iki kateqoriyadan olan startapları maliyyələşdirəcək.

"APA-Economics" xəbər verir ki, bunu “White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “White Hill Capital” Mərkəzi Asiyadan olan startapların Yaxın Şərq və Şimali Afrika regionuna genişləndirilməsində ixtisaslaşan 50 milyon ABŞ dollarlıq Mərkəzi Asiya fondudur: "Bu gün biz İnnovasiya bə Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə investisiya vasitəsi yaratma layihəsini tamamladıq. İRİA müəyyən məbləğdə pul yatıracaq. Biz hər bir dollara iki dollar əlavə edərək, bu vasitə ilə iki kateqoriya startapı maliyyələşdirəcəyik".

A. Sultanov qeyd edib ki, birincisi, əsasən Azərbaycan əsaslı startaplardır: "Onlar ilk öncə Mərkəzi Asiyaya, daha sonra BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyirlər. İkincisi isə Azərbaycan bazarına daxil olmaq, şirkət qurmaq, insanları işə götürmək və vergi ödəmək istəyən hər hansı şirkətlərin maliyyələşdirilməsidir. Biz inanırıq ki, bu vasitə ilə genişlənmək istəyən Azərbaycan startapları üçün uğurlu yol xəritəsi yarada biləcəyik".

O deyib ki, yerli bazarlardan tez çıxan şirkətlər kapitalizasiya artımı baxımından üstünlük qazanırlar: "Biz də bunu etməyi planlaşdırırıq. Beləliklə, biz layihələr axtaracağıq, onları nəzərdən keçirəcəyik və ümid edirik ki, investisiya qoyacağıq. Hətta bu gün biz artıq iki şirkətə - "Clopos" və "Receptor"a investisiya qoymağı elan etdik. Hər birinə əsasən 150 min ABŞ dolları veriləcək. Biz onlara Azərbaycandan kənara genişlənməkdə, Dubayda həyata keçirdiyimiz akselerasiya proqramına daxil olmaqda kömək edəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
6
apa.az

7Источники