RU

Baş nazir Əli Əsədov Minskə səfərə gedib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib.

Operativ Media  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gəlib.

“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.

Избранный
44
32
operativmedia.az

10Источники