Sentyabrın 29-da Baş nazir Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gedib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən xəbərə görə, Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.