RU

III MDB Oyunları: Azərbaycan üzgüçüsü ikinci yeri tutub  

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, 200 metr məsafəyə sərbəst üsulla üzmədə azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.

Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov isə bürünc medala sahib çıxıb.

Xatırladaq ki bu gün daha üç azərbaycanlı üzgüçü medal qazanıb. 200 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə kişilər arasında Oqtay Hüseynov gümüş, qadınların mübarizəsində isə Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Qnussina bürünc mükafata sahib çıxıb.

Избранный
11
7
azerbaijan-news.az

10Источники