RU

Yağışlı hava gözlənilir

Azərbaycanda sentyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758-762 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şərq rayonlarında, axşamdan isə əksər rayonlarda arabir yağış, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağış leysan xarakterli, dolu düşmə ehtimalı da var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

DOĞRU.AZ

Избранный
53
49
dogru.az

10Источники