RU

Dünyanın ən hündür körpüsü açıldı - VİDEO

Çində dünyanın ən hündür körpüsü avtomobillərin hərəkəti üçün açılıb. 

News365.az xarici mediaya istinadən xəbər verir ki, Beypan çayı üzərində yerləşən asma körpü ilə kanyon arasındakı məsafə 625 metrdir.

Bu isə onu dünyanın ən hündür körpüsü edir. 

İnşası 3 il 9 ay davam edən layihənin dəyəri təqribən 280 milyon dollar təşkil edir. 

Quycou əyalətində tikilən bu körpünün uzunluğu isə 2,9 kilometrdir. 

Yerli rəhbərliyin məlumatına görə, yeni körpü kanyonun bir tərəfindən digər tərəfinə olan gediş müddətini 2 saatdan 2 dəqiqəyə endirməyə imkan verir.

Избранный
24
2
news365.az

3Источники