RU

Ürəyi ilə bacarmayanlar hər ilin bu günü YAD EDİLİR

29 sentyabr Ümumdünya Ürək Günüdür. Ürək Günü cəmiyyətin ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında məlumatlılığını artırmaq məqsədi daşıyır. 

Bizim.Media xəbər verir ki, bu gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd olunub.

Daha sonra bu təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO da dəstəkləyib. 2011-ci ildən etibarən bayram hər il sentyabrın 29-da qeyd olunur.

Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçmədikləri göstərilir.

Araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız ölüm” hesab edirlər.
 

Mütəxəssislər bildirirlər ki, xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir.


O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilirlər.

Şəfiqə Şəfa, Bizim.Media

Избранный
10
5
bizim.media

10Источники