BAKI, 29 sentyabr. TELEQRAF
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Teleqraf xəbər verir ki, bu gün keçirilən 200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.
Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov isə bürünc medala sahib çıxıb.
Xatırladaq ki bu gün daha üç Azərbaycanlı üzgüçü medal qazanmışdır. 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə Oqtay Hüseynov gümüş medal qazanıb. Qadınlar arasında 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə isə Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Qnussina bürünc mükafat əldə edib.