RU

Somali: Terrorçular BMT-yə məxsus helikopteri ələ keçirdi - ÖZƏL

Somalinin mərkəzi bölgəsində terrorçular BMT tərəfindən icarəyə götürülmüş helikopteri ələ keçiriblər. Olaylar.az xəbər verir ki, Somali Guardian portalının Kulmiye radiosuna istinadla verdiyi məlumata görə, hadisə Galgaduud vilayətinin Hindere qəsəbəsində baş verib. Helikopter texniki nasazlıq səbəbindən təcili eniş etməyə məcbur olub və bölgəni nəzarətdə saxlayan "Əş-Şabab" qruplaşmasının silahlıları tərəfindən ələ keçirilib. İlkin məlumatlara əsasən, helikopterin heyəti və daşıdığı yük terrorçuların əlindədir. Hazırda helikopterin qeydiyyat nömrəsi, göyərtədəki insanların sayı və daşınan yükün xarakteri barədə rəsmi açıqlama verilməyib. Məlumata görə, helikopter Hiran vilayətinin Beledweyne şəhərindən Mudug vilayətinin Wisil qəsəbəsinə uçuş həyata keçirirmiş. Hadisə ilə bağlı BMT və Somalinin rəsmi qurumları tərəfindən hələ ki, təsdiqləyici açıqlama yayılmayıb. Qeyd edək ki, 2024-cü ilin yanvarında da BMT tərəfindən icarəyə götürülmüş bir təyyarə eyni bölgədə sərt eniş etmiş, o vaxtdan bəri onun heyətinin taleyi barədə heç bir məlumat əldə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники