RU

Türkiyə ABŞ sanksiyalarına görə Milli döyüş təyyarəsi istehsalını gecikdirir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, milli döyüş təyyarəsi KAAN-ın istehsalı ABŞ sanksiyaları səbəbindən ləngiyir.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, təyyarə üçün mühərriklərin ABŞ Konqresində saxlanılması və CAATSA qanunu əsasında lisenziyaların dayandırılması, istehsalın başlamasına mane olur. CAATSA 2019-cu ildə Türkiyənin Rusiya S-400 sistemlərini alması sonrası qüvvəyə minib.

Fidan qeyd edib ki, "KAAN"ın istehsalını başlatmaq üçün lisenziyaların təsdiqlənməsi və mühərriklərin təyyarəyə çatdırılması vacibdir.

Nazir həmçinin bildirib ki, bu kimi məhdudiyyətlər NATO müttəfiqləri arasında "sistemli problem"dir və tərəfdaşlıq ruhuna uyğun gəlmir.

Musavat.com

Избранный
32
1
musavat.com

2Источники