RU

“Turizm işçiləri günü” qeyd olunub

Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır.  Azərbaycan Turizm və Menecment Universitetində turizm işi kafedrasının “Turizm” dərnəyinin təşəbbüsü ilə “Turizm işçiləri günü” münasibətilə  tədbir təşkil edilib. Adı çəkilən kafedranın müdiri, dosent Hafiz Hüseynov turizmin prioritet istiqamətlərindən, eyni zamanda peşəkar kadr hazırlığında təhsil və təcrübənin əhəmiyyətli rolundan detallı bəhs edib. 

Universitetin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov isə turizmin inkişaf perspektivlərindən ətraflı danışıb.

Turizm işi kafedrasının müəllimi Ülkər İbadlının “Azərbaycanda turizmin inkişafında təhsilin rolu”, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Abas Yusifzadənin isə “Turizmdə gənclərin rolu” mövzusunda məruzə və çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Turizm işçiləri günü”nə həsr olunan toplantıda turizm işi kafedrasının professor-müəllim heyəti, struktur əməkdaşları, həmçinin turizm işinin təşkili ixtisasının bir qrup tələbəsi iştirak ediblər.

Z.Hüseynova
XQ

Избранный
11
1
xalqqazeti.az

2Источники