RU

Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib/Yenilənib

29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Əməkdar artist Cabir İmanov bu gün Bakıda yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Bu barədə “Qafqazinfo” məlumat yayıb. 

Hadisə Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. Təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Aktyor Cabir İmanov 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib.


O, DTX Mədəniyyət mərkəzinin rəisi olub.

Избранный
7
40
anews.az

10Источники