RU

“Elbit Systems” adı açıqlanmayan beynəlxalq müştəriyə “Hermes 900” tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan ölkəyə uzun məsafəli dəniz nəzarəti üçün “Hermes 900” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət təxminən 120 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

MALE (orta hündürlük və uzaq məsafə) sinifinə aid olan “Hermes 900”, ISTAR (Intelligence, surveillance, target, acquisition and reconnaissance), yerüstü dəstək və dəniz patrul missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

“Hermes-900” PUA-nın faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat vasitələri, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. 9100 metr yüksəkliyə qalxa və havada 30 saata qədər fasiləsiz uçuş apara bilən PUA-nın faydalı yük daşımaq bacarığı 450 kq, qanad açıqlığı 15 metr, uzunluğu isə 8.3 metr təşkil edir.

Qeyd edək ki, “Elbit Systems” “Hermes 900” PUA-nın tədarükünə dair ilk sifarişi 2011-ci ildə alıb. Həmin vaxtdan indiyə qədər PUA 20-dən çox müştəri tərəfindən seçilib. Onların siyahısına İsrail, Azərbaycan, İsveçrə, Kanada, Braziliya, Çili, Meksika, İsveçrə, Filippin, Tailand və digər ölkələr daxildir.

Избранный
6
poliqon.az

1Источники