RU

Moldovada seçkilər - Müxalifət necə uduzdu: Qara bazarı işlədən oliqarxlar, Qərbin pulları…

Moldovada keçirilən parlament seçkilərində protokolların 100 %-i hesablandıqdan sonra Prezident Maya Sandunun hakim “Fəaliyyət və Həmrəylik” Partiyası qalib elan edilib.

Moldovanın KİV-lərinin yaydığı məlumata görə, ilkin hesablamalara əsasən, gələcək parlamentə iki seçki bloku və üç partiya düşür.

1,5 milyondan çox bülletenin hesablanmasından sonra prezident Maya Sandunun rəhbərlik etdiyi avropayönlü “Fəaliyyət və Həmrəylik” Partiyası 49,93% səslə liderdir. İkinci yerdə isə seçicilərin 24,32%-nin səsini toplayan müxalif “Vətənpərvər blok” qərarlaşıb. Daha bir avropayönlü siyasi qurum – “Alternativ” bloku 8% səs qazanıb.

“Vətənpərvər blok”un tərkibinə keçmiş prezident İqor Dodonun başçılıq etdiyi “Sosialistlər Partiyası”, digər keçmiş prezident Vladimir Voroninin rəhbərlik etdiyi “Kommunistlər Partiyası”, həmçinin sabiq baş nazir Vasili Tarlevin (2001–2008-ci illərdə) rəhbərlik etdiyi “Moldovanın Gələcəyi” partiyası daxildir.

Bu üç siyasi qüvvədən başqa parlamentə daha iki partiyanın da düşmək imkanı var: Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyən milli-mühafizəkar Vasile Kostyukun “Evdə Demokratiya” Partiyası (5,64%), həmçinin populist Renato Usatının “Bizim Partiya”sı (6%). Parlament seçkilərində seçici fəallığı 52% təşkil edib.

62373b0856702.jpg

Politoloq Tofiq Abbasov Musavat.com-a seçkilərin nəticələrini şərh edib:

“Moldova hazırda bir təcrübə meydanını xatırladır. Bu ölkədə iki qütb bir-biri ilə müarizə aparır. Lakin orada Qərbin imkanları daha çoxdur. Çünki vətəndaşlar arasında ikili vətəndaşlığı – həm Moldova, həm də Rumıniya vətəndaşlığı olanların sayı hədindən artıq çoxdur. Hətta şərqpərəstlərin də bəziləri Rumıniya vətəndaşlığından vaz keçməyiblər və onu əldə ediblər. Onlar üçün vizasız gediş-gəliş, Avropa İttifaqında imtiyazların əl çatanlığı daha vacibdir. Onlar Qərbə aparan yolların bağlanmasının əleyhinədirlər və hətta Moldavanın Rumıniya ilə birləşməsinin arzusundadırlar. Millətçi ruhda olan moldovanlar düşünürlər ki, rumınlarla eyni millətdirlər və gərək birləşsinlər. Ona görə də hesab edirəm ki, kimin təbliğat imkanları, təşviqat metodları gücü idisə, o da qalib gəldi. Prezident Maya Sandunun komandası daha məqsədyönlü şəkildə hərkət etdi. Şərqpərəstlərin də içində elə adamalar var ki, onlar oliqarx kimi tanınırlar və sərmayələrini qeyri-qanuni yolla əldə ediblər. Oliqarx olaraq qara bazarın imkanlarından, silah alış-verişindən pullar qazanıblar və onların rusiya ilə əlqələri ifşa olunub. Buna görə də ictimai fikir bir növ Maya Sandunun xeyrinə işlədi. Çünki oliqarxların adı insanları qorxudurdu. Təbliğat işində prezident və onun komandası daha çevik oldular. Bu prosesdə Qərb institutlarının da çox böyük iştirakı var. Həm maliyyə dəstəyi göstərdilər, həm də təlimatlar verdilər. Təşviqat işində də daha effektli və məqsədyönlü işləyə bildilər.

Moldovanın sadə əhalisi arasında Rusiya meyilli insanlar da çoxdur. Çünki təsərrüfatla məşğul olan moldovanların istehsal etdiyi məhsullara Rusiya bazarında tələbat var və onlar bundan qazanc əldə edirlər”.

17505132631840764779_1200x630.jpg

Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov sayta açıqlamasında deyib ki, ölkədə yaşayan azərbaycanlılar “Fəaliyyət və Həmrəylik” Partiyasını dəstəkləyiblər: “Ölkələrimiz və dövlət başçıları arasında çox gözəl münasibətlər var. Bu nəticə Moldovada yaşayan əskər azərbaycanlını sevindirir. Rusiyadan maksimal şəkildə uzaqlaşıb, Avropaya yaxınlaşmaq lazımdır. Hakim partiyaya səs verənlərin gözləntiləri də budur.

Ölkədə Rusiyaya meyilli insanlar da az deyil. Onların əksəriyyəti SSRİ zamanında yaşamış insanlardılar”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
7
8
musavat.com

9Источники