RU

Akopian: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Vaqarşak Akopian sentyabrın 29-da parlamentdə jurnalistlərlə söhbətində bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi gündəmdə deyil, əksinə, tərəfdaşlarla münasibətlər daha da dərinləşdirilir.

Deputat qeyd edib ki, ölkə Aİİ çərçivəsində iqtisadi sahədə ciddi nailiyyətlər əldə edib və bu, yüksək qiymətləndirilir.

Ermənistanın Aİİ-yə verdiyindən daha az aldığı barədə deyilənlərə münasibət bildirən Akopian vurğulayıb:
"Uzun illər biz daha çox götürmüşük, elə dövrlər olub ki, daha çox vermişik. Bu, münasibətlərimiz üçün heç bir maneə ola bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники