RU

“Zala daxil oldu, oturdu və yıxıldı…” – Cabirin ölüm anının şahidi oldu

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün vəfat edib. 

KONKRET.az unikalaz-a istinadən xəbər verir ki, jurnalist Elvin Elxan sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

O, bildirib ki, Cabir İmanov məşq prosesində vəfat etməyib:

“Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. Allah rəhmət eləsin!”, – deyə E. Elxan yazıb.

Məlumata görə, Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Избранный
11
13
konkret.az

10Источники