RU

Ağsuda narkotik satan şəxs tutuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub.
Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
Samir Əli
Избранный
19
20
oxu.az

10Источники