Politoloq Elşad Həsənov Avropada gərginliyin artdığını bildirib.
News365.az xəbər verir ki, onun sözlərinə görə, artıq bəzi ölkələrdə Rusiyaya qarşı hərbi hazırlıq işləri aparılır, sərhədlərdə tanklar və qoşun birləşmələri yerləşdirilir.
“Elə görünür ki, yaxın vaxtlarda Avropa ölkələrindən biri ilə Rusiya arasında toqquşma qaçılmaz ola bilər. Çünki Avropa hazırlaşır, silahlanır və ABŞ-ın hərbi texnikası artıq Rusiyanın sərhədlərinə yaxın ərazilərdədir. Rusiya da cavab olaraq Finlandiya sərhədinə böyük qüvvələr toplayıb. Bu açıq-aşkar müharibə hazırlıqlarının göstəricisidir”, – deyə politoloq qeyd edib.
Ekspertin fikrincə, 3 ildən artıqdır Ukrayna müharibəsində qələbə qazana bilməyən Rusiya yeni qarşıdurmalar yaratmaq niyyətindədir:
“Rusiya böyük ölkədir, resursları çoxdur. Ona görə də təhdid gördüyü ölkələrə qarşı sərt cavab verməkdən çəkinməyəcək. Bu baxımdan Baltikyanı ölkələr, o cümlədən Estoniya ilk hədəf ola bilər”.