RU

Dövlət Komitəsinin sədri Cəlilabadda vətəndaşları qəbul edib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Bu barədə Missiya.Az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki qəbul zamanı Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kursunun yaradılması, dini təhsil, dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidə dini ədəbiyyat verilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Избранный
27
1
missiya.az

2Источники