RU

VİDEO: Bu adamın "minalanmış sahə"də nə işi var? - Karyerası bitə bilər!

Premyer Liqanın 5-ci turu Qəbələdə baş verən qalmaqalla yadda qaldı.

Söhbət "Qəbələ" - "Kəpəz" matçının final fitindən sonra qonaq tribunada baş məşqçi Adil Şükürovla azarkeşlər arasında yaşanan hadisələrdən gedir.

48 yaşlı mütəxəssis onu istefaya səsləyən fanatlarla mübahisəyə qoşuldu.

Oyundan sonra keçirilən mətbuat konfransında olay barədə danışanda isə "Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil" - dediyini dilə gətirib.

Özəl təqdim etdiyimiz videoda isə Şükürovun azarkeşi açıq-aşkar təhqir etdiyi görünür.

Bir baş məşqçinin edə biləcəyi ən yanlış addımı atdı da deyə bilərik.

Azarkeşlər futbolçu və baş məşqçi üçün "minalanmış sahə"di.

Orada çox ehtiyatlı davranmaq şərtdir.

Azarkeş nəinki baş məşqçini, hətta futbolçu və rəhbərliyi də klubdan göndərəcək gücə sahibdir.

Ki, nümunələri ölkə və dünya futbolunda az olmayıb.

Adil Şükürovun iradı yersizdir.

Əl atdığı təhqir isə yolverilməz.

Yaxşı ki, tribunada olanlar səbrli davrandı və ya arada olan məhəccərlələ polis insidentin böyüməsinə imkan vermədi.

Ola bilər ki, azarkeş hardasa çalışdırıcını təhqir edib. Bunu biz də qınayırıq. Tənqid olar, təhqir yolverilməzdir.

Amma təhqir olubsa belə onun adekvat cavabı belə olmalı deyil.

Şükürov bu cür davranışı ilə təkcə "Kəpəz" yox, bütövlükdə baş məşqçi karyerasını sonlandırmış ola bilər.

Axı bu gün "Kəpəz" azarkeşini ağır şəkildə təhqir edən şəxsi sabah hansı azarkeş öz klubunda görmək istəyər?

XANOĞLAN / SPORTİNFO.AZ

Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Избранный
7
sportinfo.az

1Источники