Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, dövlətin uğurlu siyasətini həzm edə bilməyən əli kərimovlar, cəmil həsənovlar sosial şəbəkə hesablarında mütəmadi olaraq ayrı-ayrı dövlət strukturlarının fəaliyyətinə kölgə salmaq üçün böhtan və qərəzlə dolu çirkin fikirləri ilə gündəmdə olmağa səy göstərirlər. Onlar üçün özünüreklam bir növ fəaliyyət istiqamətinə çevrilib. Bu ünsürlərin bir müddət əvvəl növbəti hədəf kimi Azərbaycan polisini seçmələri də bunun bariz nümunəsidir. Onların dövlət orqanlarının əleyhinə təbliğat aparmaları nə qədər rəzil durumda olduqlarının göstəricisidir. Dövlət strukturlarını, hüquq-mühafizə orqanlarını hədəf almaq dövləti hədəf almaq deməkdir. Hüquq-mühafizə orqanları müstəqillik illərində şərəfli yol keçib. İctimai sabitlik, milli təhlükəsizlik hər bir dövlətin mövcudluğunun əsas şərti olmaqla bərabər, inkişafın vacib zəmini, vətəndaş rifahının mühüm amilidir. Hüquq-mühafizə orqanları dövlətin təhlkəsizliyini, ictimai asayişi yüksək səviyyədə təmin edir, cinayətkarlığa qarşı uğurla mübarizə aparırlar.
Kərimov əli, həsənov cəmil kimi antimilli ünsürlər ölkədəki sabitliyi pozmağa uğursuz cəhdlər edirlər. Çünki bu üzdəniraqlar üçün xaos, özbaşınalıq maraqlarını reallaşdırmaq üçün münbit zəmindir. Vaxtilə hakimiyyəti zəbt etdikləri dövrdə biz bunun şahidi olmuşuq. Bədnam AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə böyük faciə yaşatmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi müstəqilliyimizə ciddi təhdid yaratmışdı. Xaos, anarxiya adi hal almışdı. Belə görünür ki, həmin hava hələ də onların başından çıxmayıb.
Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda qanunun aliliyi ən yüksək səviyyədə təmin edilir, vətəndaşların sərbəst toplaşmaq, ifadə azadlıqlarına hörmətlə yanaşılır. Heç kim öz fikrini sərbəst ifadə etməsinə görə təqiblərə, təzyiqlərə məruz qalmır. AXCP sədri kərimov əli və qondarma "milli şura"nın marionet rəhbəri həsənov cəmil Azərbaycanı gözdən salmaq üçün hər cür vasitəyə əl atırlar. Kərimov əli, onun idarə etdiyi həsənov cəmil kimi xəyanətkarlar öz çirkin əməlləri, böhtanları ilə bir daha onlara və sifariş aldıqları ağalarına Azərbaycan dövlətinin güclü olmasının, xalqın rifah halının yüksəlməsinin, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edilməsinin sərfəli olmadığını ortaya qoyurlar. Bu xəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti bir daha göstərir ki, böhtan, əsassız iddialar, yalan, qərəz onlar üçün əsas siyasi tezisdir. Bu isə inkarçılıq sindromuna yoluxan antimilli ünsürlərin artıq mənəvi-əxlaqi böhran keçirdiyini təsdiqləyir. Mayaları şər, qərəz, iftira, böhtanla yoğrulan kərimov əli, həsənov cəmil kimilər hələ də ölkənin siyasi arenasından silindiklərinin, marginal qruplara çevrildiklərinin fərqində deyillər.