RU

Bu vərdiş diabet riskini artırır

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Elektron siqaretlərdən istifadə prediabet riskini artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu nəticəyə Corciya Universitetinin alimləri gəliblər. 

Tədqiqata əsasən, yalnız elektron siqaret istifadə edən şəxslərdə prediabetə tutulma riski siqaret çəkməyənlərlə müqayisədə 7% daha yüksək olub.

Bildirilib ki, adi tütün siqareti çəkənlərdə bu risk 15%, həm adi, həm də elektron siqaretdən istifadə edənlərdə isə 28%-ə çatır.

Eyni zamanda, "ikili istifadəçilər" arasında şəkərli diabetin özü də siqaret çəkməyənlərə nisbətən 9% daha çox qeydə alınıb.

Araşdırmada qeyd olunub ki, daha təhlükəsiz alternativ kimi tanıdılan elektron siqaretlər əslində orqanizmdə şəkər mübadiləsinin pozulmasına və uzunmüddətli fəsadlara, məsələn, ürək, böyrək və sinir sistemi problemlərinə səbəb ola bilər. Bu xüsusilə artıq çəkisi olan şəxslər və bəzi etnik qruplar üçün keçərlidir.

Bununla belə nəzərə çatdırılıb ki, tədqiqat müşahidə xarakterlidir. Yəni hazırda elektron siqaretlərin birbaşa prediabetə səbəb olduğunu demək mümkün deyil. Amma əldə olunan geniş miqyaslı nəticələr bu vərdişin təkcə ağciyərlərə deyil, bütün orqanizmə təsir edə biləcəyini göstərir.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
bakivaxti.az

2Источники