Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin”.