RU

Paşinyan Strasburqda Bakı ilə sülh müqaviləsini müzakirə etdi

Avropa Sarayında keçirilən görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Şurası Parlament Assambleyasının sədri Teodoros Russopulos əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, danışıqlarda əsas diqqət demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və qanunun aliliyinin möhkəmləndirilməsi üçün həyata keçirilən islahatlara yönəlib.

Xüsusi olaraq regional məsələlərə və 8 avqustda Vaşinqtonda imzalanmış Ermənistan–Azərbaycan sülh sazişinin əhəmiyyətinə toxunulub. İrəvan hökuməti bu sənədi regionda yeni siyasi sabitlik mərhələsinə giriş kimi təqdim edir. Avropa Şurası isə tərəflərin əldə etdiyi anlaşmanın Avropa təhlükəsizlik arxitekturasına müsbət təsir göstərə biləcəyini vurğulayır.

Musavat.com

Избранный
17
19
musavat.com

10Источники