RU

“Səhvlərimiz çox oldu, əlimizdən gələni etdik, bərk komandadır"

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Premyer Liqanın 6-cı turunda "Şamaxı" ilə bərabərə qaldıqları (1:1) matçdan sonra Sportinfo.az-a açıqlama verib.

O, qarşılaşma barədə danışıb:

"Həftə ərzində oyuna ciddi hazırlaşmışdıq. Görüşün çətin keçəcəyini bilirdik. Meydana qələbə üçün çıxmışdıq.

İlk hissə bizim üçün uğursuz oldu. O baxımdan ki, istədiklərimizi həyata keçirə bilmirdik.

Həm hücum, həm müdafiə planında səhvlərimiz çox oldu. İkinci yarı tam başqa cür oynadıq.

"Araz"ın tam da olmasa müəyyən qədər gücünü göstərə bildik. "Şamaxı" bərk rəqibdir. Ağır oyun keçdi.

Qələbə üçün çıxmışdıq, amma olmadı. Əlimizdən gələni etsək də ikinci qolu vura bilmədik".

XANOĞLAN

Избранный
13
sportinfo.az

1Источники