Əməkdar artist Cabir İmanovun dəfn yeri açıqlanıb.
Far.Az xəbər verir ki, mərhum sənətkar paytaxtdakı Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Onunla vida mərasimi Cümə məscidində baş tutacaq.
***18:47
Əməkdar artist Cabir İmanovun nəşi Əjdərbəy məscidindən evinə aparılıb.
Far.Az xəbər verir ki, onunla vida mərasimi sabah keçiriləcək.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə də aparılmışdı.