RU

Azərbaycanın stolüstü tennis millisi MDB Oyunlarını 9 medalla başa vurub

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında daha iki medal qazanıblar.

90deqiqe.Az xəbər verir ki, fərdi yarışların finalında Adil Əhmədzadə rusiyalı Yevgeni Vasikov, Mərziyyə Nurmətova isə Zlata Terekova ilə qarşılaşıb. Hər iki idmançımız rəqiblərinə 0:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətləniblər.

Bununla da stolüstü tennis yarışları başa çatıb. Azərbaycan millisi Oyunları ümumilikdə 9 medalla – 6 gümüş və 3 bürünc mükafatla tamamlayıb.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
2
3
90deqiqe.az

7Источники