“İnter” 2024/25 mövsümünün yekunlarına görə rekord gəlir əldə etdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, “neradzurri”nin ötən mövsüm üzrə maliyyə hesabatına əsasən, klubun gəliri 567 milyon avro təşkil edib. Bu, “İnter” tarixində rekord göstərici olmaqla yanaşı, həm də A Seriyasında rekord sayılır. Gəlirin artımı daxili turnirlərdən və avrokuboklardan əldə olunan gəlirlərin çoxalması, həmçinin klublararası dünya çempionatında iştirakla bağlıdır. Bundan başqa, sponsorluq və oyunların keçirilməsindən əldə olunan kommersiya gəlirlərində də artım müşahidə olunub.
Son 15 ildə ilk dəfə “İnter” mövsümü xalis mənfəətlə başa vurub – 2024/25 mövsümündə bu rəqəm 35,4 milyon avro olub. Əvvəlki hesabat dövründə isə klub 35,7 milyon avro zərər etmişdi.
saytlarin hazirlanmasi