RU

Kobaxidze: Heç kimə Gürcüstanda inqilabi planları həyata keçirməyə imkan verməyəcəyik

Kobaxidze:

Gürcüstan hakimiyyəti heç kimə ölkədə inqilabi planları həyata keçirməyə imkan verməyəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, ölkədə hər hansı inqilabi təşəbbüslərə qarşı sərt mövqe nümayiş etdirəcəyini bildirib. Kobaxidzenin sözlərinə görə, xarici xüsusi xidmət orqanları sınanmış üsullarla inqilabi prosesləri təşviq etməyə çalışır, lakin Tbilisi buna imkan verməyəcək.

"Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri təşviq etməkdir. Mən hamıya söz vermək istəyirəm ki, son 13 ildə uğursuz inqilabi cəhdlər olduğu kimi, bu il də, bundan sonrakı illərdə də cəhdlər uğursuz olacaq", - Kobaxidze vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, dövlət orqanları, o cümlədən təhlükəsizlik strukturları vəziyyəti yaxından izləyir, ölkənin sabitliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək. O, ictimaiyyətə çağırış edərək, xalqı sülhə və qanunlara riayət etməyə çağırıb.

Избранный
9
3
xalqcebhesi.az

4Источники