“Barselona”da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, La Liqa klubu Mark Bernalın sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Mark Bernal “Barselona”nın yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.