BAKI, 30 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin sosial şəbəkələrdə şəxsi səhifələr açmır, çünki bu, onluq deyil.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin sosial şəbəkələrdən istifadə edir. O, şəxsi sosial şəbəkələr açmağı planlaşdırmır, çünki dəfələrlə dediyi kimi, bu, onluq deyil. Lakin bütün bunları təmin edən administrasiya var", - Kremlin nümayəndəsi deyib.
Peskov qeyd edib ki, Kreml dövlət başçısının işi haqqında lazım olan bütün məlumatları paylaşır.