Seysmoloqlar Rusiya Kamçatka adasının şərq sahillərində Sakit okeanda 6,1 bal gücündə zəlzələ qeydə alıblar.
Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 94 km cənub-şərqdə yerləşib. Onun ocağı dəniz dibinin 48 km dərinliyində olub.
Bildirilib ki, Petropavlovsk-Kamçatskinin müxtəlif ərazilərində 5,0 bal gücündə zəlzələ hiss olunub. Sunami təhlükəsi bildirilməyib.