RU

III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları davam edir. Metbuat.az xəbər verir ki, bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək.Çövkən üzrə millimiz A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionunda reallaşacaq matç saat 12:30-da başlayacaq.Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları başlayacaq. Qəbələ Atıcılıq Mərkəzində isə stend atıcılığı yarışları davam edəcək.Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
6
5
metbuat.az

10Источники