RU

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakı. Trend:

Sentyabrın 30-u gündüzdən oktyabrın 2-dək Bakıda və Abşeronyarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləklihava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, Gəncə, Daşkəsən, Naftalan və Goranboyda narıncıxəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin digərbölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyiəsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Məqalədə:
Избранный
43
43
az.trend.az

10Источники