“Biz qışda həm sənayenin işini, həm də vətəndaşlarımız üçün rahat yaşayış şəraitini təmin etdik. Digər təchizatçı ölkələr kimi biz də ABŞ-ni mühüm tərəfdaş hesab edirik. Təbii qazın əldə edilməsi bu istiqamətdə yüksək strateji addım idi”, - Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
![]() |
Kreml:“Türkiyə Rusiyadan imtina etməyəcək” |
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp onun bunu istəyəcəyi halda Türkiyənin Rusiya neftini alınmasını dayandıra biləcəyini iddia edib.
Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, müstəqil dövlət olan Türkiyənin bir sıra mallar üzrə Rusiya ilə sərfəli ticarəti davam etdirəcəyini diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az