RU

Beynəlxalq axtarışda olan 9 nəfər Türkiyəyə gətizdirilib

Türkiyə qırmızı bülletenlə beynəlxalq axtarışda olan 9 nəfəri ölkəyə gətirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, cinayətkarlar uşaqların cinsi istismarı, silahlı soyğunçuluq, qəsdən adam öldürmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və başqa cinayətlərə görə axtarışda olublar.

Həbs olunan şəxslərin Gürcüstan, Almaniya, BƏƏ, İsveçrə və Xorvatiya kimi ölkələrdən ekstradisiya olunduqları bildirilir.

Избранный
16
2
ikisahil.az

3Источники