RU

Ermənistanın xarici işlər naziri NATO rəsmisi ilə "Tramp yolu"nu müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin müavini Radmila Şekerişka ilə görüşüb. 

Missiya.Az xəbər verir ki, bu barədə "Newsam" məlumat yayıb.

Bildirilib ki, görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub. 

Həmsöhbətlər Ermənistan və NATO arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Regional hadisələrə diqqət çəkən həmsöhbətlər sülhün bərqərar olması, Beynəlxalq Sülh və Rifah üçün Tramp yolu Kommunikasiya proqramının həyata keçirilməsində Vaşinqton Sazişlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
28
2
missiya.az

7Источники