ain.az, Sportal.az portalına istinadən məlumat verir.
"Lans"ın futbolçusu Floryan Tovenin Fransa millisinə dəvət ediləcəyi gözlənilir.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, fransızların baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiyaya qarşı keçiriləcək matçlar üçün Tovenə dəvət göndərəcək.
Fransa klubunun hücumçusu bu mövsüm 6 oyunda 2 qol vurmağı bacarıb.
Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycanı qəbul edəcək.
Toven 2017-2019-cu illərdə Fransa millisində oynamışdı. O, yığma karyerasında 10 matçda 1 qol vurmağı bacarmışdı. 32 yaşlı vinger “Qrenbol”, “Bastia”, “Lill”, “Marsel”, “Nyukasl”, “Tiqres”, “Udineze” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.