RU

Litva ordusu: Biz 100 faiz mühafizəyə zəmanət verə bilmərik

Litva yaxın illərdə hava hücumundan müdafiəyə 500 milyon avro xərcləmək niyyətindədir. Bununla belə, ölkənin Silahlı Qüvvələrinin komandanı Raymundas Vaikşnoras bəyan edib ki, bu, ölkənin hava məkanının 100% mühafizəsini təmin etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə LRT kanalı məlumat yayıb.

"Bütün NATO ölkələri kimi biz də hazırda hava məkanının təhlükəsizliyinə 100% zəmanət verə bilmərik", deyə Vaikşnoras bildirib.

Komandan qeyd edib ki, ölkə ilk növbədə öz sərhədlərini və strateji obyektlərini gücləndirməyi planlaşdırır. Onun sözlərinə görə, müdafiə xərclərini tam ödəmək üçün nəzərdə tutulan məbləğdən, yəni ölkənin ÜDM-nin 10%-dən qat-qat artıq vəsait lazımdır:

"Gözləntiləri idarə etmək çox vacibdir. Diqqət təkcə sərhədlərə deyil, strateji obyektlərə veriləcək".

Eyni zamanda, o qeyd edib ki, Litva Silahlı Qüvvələri müdafiə sistemlərinin mobilliyinə diqqət yetirəcək və bu, zərurət yarandıqda onların sürətlə hərəkət etməsinə imkan verəcək:

"Bu, bizə alçaqdan uçan obyektləri aşkar etməyə və onları zərərsizləşdirməyə imkan verəcək".

Litva Silahlı Qüvvələrinin komandanının sözlərinə görə, hazırda NATO-da düşmənin pilotsuz təyyarələrinin aşkarlanması və zərərsizləşdirilməsi üçün vahid həll yolu yoxdur. O qeyd edib ki, bu yaxınlarda ölkələr milli sistemlər yaradana qədər onlara kömək etmək üçün Şərqi Gözətçi əməliyyatı başlayıb.

Poliqon.info

Избранный
11
poliqon.info

1Источники