RU

Həyat yoldaşı ilə görüşə metamfetamin apardı - FOTOLAR

Penitensiar müəssisəyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

"Cebheinfo.az"

Избранный
33
7
cebheinfo.az

10Источники