RU

YouTube Trampa milyonlarla dollar ÖDƏYƏCƏK

YouTube 2021-ci ildə Kapitoliyə hücumdan sonra ABŞ prezidenti Donald Trampın qaldırdığı iddianı həll etmək üçün 24,5 milyon dollar ödəyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə "The Washington Post"nəşri yazıb.

Nəşrin məlumatına görə, müqavilənin şərtlərinə əsasən, Tramp "Google"a məxsus video platformadan aldığı məbləğin 22 milyon dollarını Ağ Evdə yeni bal zalının tikintisinə yönəltməyi qərara alıb.

Qalan vəsait isə YouTube-u senzurada ittiham edən digər iddiaçılar arasında bölüşdürüləcək.

Qeyd olunur ki, oxşar razılaşmalar daha əvvəl "Meta" və "X" ilə də əldə olunub. "Meta" 25 milyon dollar, "X" isə 10 milyon dollar ödəməyə razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
1
olaylar.az

2Источники