RU

Deputat: Hava limanından şəhərə ictimai nəqliyyatın olmaması problem yaradır

İctimai nəqliyyat sektoru ölkədə hələ də ciddi problemlərlə üzləşir, xüsusilə hava limanından şəhər mərkəzinə sərnişinlərin daşınması məsələsi aktualdır. Bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, hazırda vətəndaşların hava limanından şəhərə çatmaq üçün 30–40 manat ödəməsi tələb olunur və alternativ ictimai nəqliyyat vasitəsi mövcud deyil.

“Bu, həm sosial yük yaradır, həm də ölkənin imicinə mənfi təsir edir,” –  o vurğulayıb.

Fazil Mustafa metroda qiymət artımlarının imtiyazlı sosial təbəqə üçün əlavə çətinlik yaratdığını, bu kateqoriyanın nəqliyyat kartları ilə təminatının hələ də tam həll olunmadığını qeyd edib.

Deputat, həmçinin, Türkiyədə bələdiyyələrin bu sahədə daha effektiv model təqdim etdiyini və bu təcrübənin nəzərdən keçirilməsinin faydalı ola biləcəyini bildirib.

Gülnar Nazimqızı 

Избранный
15
anews.az

1Источники